`Fransaya əylənməyə gəlməmişik` - Koulmen


02:46     03 İyul 2016 kolumen.jpg

"Çətin oyun olacağını, güclü komanda ilə qarşılaşacağımızı əvvəlcədən bilirdik. Bizim də yaxşı komandamız var. Bura əylənməyə yox, yarışmağa gəlmişik. Turnirdə mübarizəni davam etdirdiyimiz üçün xoşbəxtik. 0:1 hesabı ilə geridə olduğumuz oyunda həvəsdən düşmədik. Yarımfinala yüksəldiyimiz üçün qürur hissi keçiririk".


Xarici KİV-lərin yaydığı xəbərə görə, bu sözləri Uels millisinin baş məşqçisi Kris Koulmen "Avro-2016"nın 1/4 finalında Belçikaya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. "Heyətimizdə Beyl, Remzi kimi futbolçular var. Rəqibimiz kim olursa olsun, futbol oynamağı bilirik. Bu gün topla daha çox oynayan tərəf biz idik. Hesabda irəlidə olmağımıza baxmayaraq, hücumda oynamağa davam etdik" deyə o bildirib. K.Koulmen yarımfinala kimi yüksəlməyin onlar üçün gözlənilməz olduğunu deyib: "4 il bundan əvvəl bu turnirdə iştirak da etmirdik. İndi isə yarımfinaldayıq. Mənim çox səhvim olub. Ancaq uğursuzluqdan qorxmamışam. Çünki qorxmayacağın təqdirdə, daha çox uğur qazana bilərsən. Yarımfinala yüksəlmək arzumuz idi".

Femida.az

Açar sözlər:

Oxunub: 1052